Xəzər Xəbər

Fransada qeyri-sabit hava şəraiti ölkənin cənubunu iflic edib - FOTO

Dünya | 15:51 • 3 Dekabr 2019
Fransada qeyri-sabit hava şəraiti ölkənin cənubunu iflic edib -

Fransada qeyri-sabit hava şəraiti ölkənin cənubunu iflic edib.


Güclü yağışlar nəticəsində Alp-Yuxarı-Provans (Alpes-de-Haute-Provence) departamentində böyük qaya evlərin üzərinə uçub. Ətraf evlərin sakinləri təxliyə ediliblər.


Vokluzdə (Vaucluse) departamentində isə qeyri-sabit hava fermerlərə böyük ziyan vurub. 2000 qoyun bir neçə saat ərzində daşqın sularında tələf olub.


Ölkənin cənubunda qeyri-sabit hava şəraiti davam edir. (AZƏRTAC)

Xəbər lenti