Xəzər Xəbər

Trampdan kritik Türkiyə AÇIQLAMASI: "Qırıcıları onlara verməsək..."

Dünya | 15:38 • 3 Dekabr 2019
Trampdan kritik Türkiyə AÇIQLAMASI:

"Rəcəb Tayyib Ərdoğan ilə görüşə bilərəm”.

Bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.

Londonda NATO Liderlər Zirvəsindən əvvəl ittifaqın baş katibi Yens Stoltenberq ilə görüşündən sonra danışan Tramp Türkiyə ilə münasibətlərinin yaxşı olduğunu dilə gətirib: "Kifayət qədər uzun bir müddətdə sərhədlərində qaldıq. Artıq oradan geri çəkildik. Yaxşı iş görürlər. Ərdoğan ilə görüşə bilərəm. Terrorçu lider Bağdadi əməliyyatında Türkiyə çox köməkçi oldu. Daha yaxşısını edə bilməzdi, daha çox dəstək verə bilməzdi”.

F-35 qırıcı təyyarələrinin istehsal layihəsinə toxunan Tramp bildirib ki, Türkiyə bu təyyarələr üçün milyardlarla dollar ödəyib. Qırıcıları təhvil verməsələr, alternativi başqa yerdə axtaracaqlar.

O, İranda son həftələrdə benzinin bahalaşmasından sonra baş qaldıran etiraz askiyalarını qorxunc adlandırıb. Bildirib ki, media İrana gedib olanları yayımlamalıdır./publika.az

Xəbər lenti