Xəzər Xəbər

“Yeni plan təqdim olunacaq” Ərdoğandan kritik açıqlama

Dünya | 14:37 • 3 Dekabr 2019
“Yeni plan təqdim olunacaq”

"Müttəfiqlərimizdən terrorizmlə mübarizədə qeyd-şərtsiz dəstəyin verilməsini gözləyirik”.

Bunu NATO-nun toplantısında iştirak etmək üçün İngiltərəyə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan məsələ ilə əlaqədar Londonda bir sıra müttəfiq dövlətlərin başçıları ilə müzakirə aparacağını bildirib:

"Londonda bəzi dövlətlərin başçıları ilə görüşəcəyik. Fransa və Almaniya liderləri ilə zirvə olacaq. Suriya və Liviya başda olmaqla bir sıra məsələləri müzakirə edəcəyik.

Bölgədə apardığımız əməliyyatlarla ("Sülh Çeşməsi”) bağlı son vəziyyət və suriyalı qaçqınların geri qaytarılması ilə bağlı planlarımızı təqdim etməyə imkanımız olacaq”./teleqraf

Xəbər lenti