Xəzər Xəbər

Ərdoğan bu postu ona verir – Binəli Yıldırımın yeni vəzifəsi

Dünya | 12:11 • 3 Dekabr 2019
Ərdoğan bu postu ona verir

Türkiyənin keçmiş baş naziri və eks-spiker Binəli Yıldırım yenidən parlamentin sədri olacaq.

Bunu türk politoloq Hande Fırat deyib.

Ekspertin fikrincə, Yıldırımın bu posta gətirilməsi hakim partiyanın (AKP) kulislərində müzakirə olunur:

"AKP 2020-ci ilədək ciddi dəyişikliyə getməyə hazırlaşır, əsas hədəf parlamentdəki üstünlüyü qorumaqdır. Gələn ilin iyun-sentyabr ayları ərzində kabinetdə də ciddi dəyişikiklərin olacağı gözləniləndir. Buna görə də Binəli Yıldırımı parlamentdə, indiki spiker Mustafa Şəntopu isə kabinetdə görsəniz təəccüblənməyin.

Yıldırımın özü də bu posta gətirilməsindən narazı deyil”.

Xəbər lenti