Xəzər Xəbər

Kritik zirvədən əvvəl Türkiyədən diqqətçəkən çıxış: "S-400 NATO-nun gücünü..."

Dünya | 14:27 • 2 Dekabr 2019
Kritik zirvədən əvvəl Türkiyədən diqqətçəkən çıxış:

"S-400 hava hücumundan müdafiə sistemi NATO-nun gücünü artıracaq”.

Bunu Türkiyə Prezident Administrasiyasının Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun deyib.

Londonda keçiriləcək NATO Liderlər Zirvəsindən qabaq danışan Altun bildirib ki, S-400 sisteminin ikinci hissəsinin təhvili tamamilə texniki məsələlərdir.

"NATO İkinci Dünya Müharibəsindən sonra qərbi rus hücumundan qorumaq məqsədilə yaradıldı. Daha geniş anlamda isə kommunizmin yayılmasının qarşısını almaq üçün. Bu iki hədəfin gerçəkləşdirilməsi məsələsində Türkiyə həyati əhəmiyyətə sahib müttəfiqdir. Türkiyənin Qərbin tərəfində dayanması bu hədəflərin gerçəkləşdirilməsini də təmin edir. Türkiyə NATO-da ən böyük orduya sahib ikinci ölkədir. Müdafiə sənayesinə Fransa və Almaniya kimi böyük güclərə nisbətən daha çox pul xərcləyir”, - Altun qeyd edib.

Qeyd edək ki, NATO-nun bu il keçirəcəyi son zirvənin əsas gündəm məsələlərindən biri Türkiyənin Rusiyadan tədarük etdiyi S-400 hava hücumundan müdafiə sistemi olacaq./publika.az

Xəbər lenti