Xəzər Xəbər

Putinlə Zelenski mütləq görüşəcək - Peskov

Dünya | 10:21 • 2 Dekabr 2019
Putinlə Zelenski mütləq görüşəcək - Peskov

Parisdə "Normand formatı"nda keçiriləcək tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş mütləq baş tutacaq.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Elə, ya da belə, Putinlə Zelenski mütləq görüşəcək. Görüşün mahiyyəti və formatının necə olacağı məsələsinə gəldikdə isə deyə bilərəm ki, bununla bağlı görüşə yaxın zamanda qərar veriləcək", - Peskov bildirib.

Bundan başqa sözçü hər iki tərəfin təmas qurulmasında maraqlı olduğunu qeyd edərək, "Normand formatı"nın Donbas böhranını həll etməyə kömək edəcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti