Xəzər Xəbər

Əyləncə gecəsində FACİƏ 9 nəfər öldü

Dünya | 09:32 • 2 Dekabr 2019
Əyləncə gecəsində FACİƏ

Braziliyanın Sao Paulo şəhərində əyləncə gecəsində yaranan basırıq nəticəsində doqquz nəfər həlak olub, yeddi nəfər yaralanıb.

Polisin iki nəfəri həbs etdirməyə çalışması nəticəsində 5 min insanın iştirak etdiyi bir gəcədə basırıq yaranıb. Həmin iki nəfər Paraizopolis rayonunda asayişi pozurmuşlar. Şübhəlilər motosikletlə qaçaraq polislərə atəş açıblar, sonra əyləncə gecəsinin iştirakçıları arasında gizlənməyə çalışıblar.

Polis əməkdaşları cavab olaraq rezin güllələrdən və kimyəvi maddələrdən istifadə ediblər. Hadisə, orada olanlar arasında çaxnaşmaya və basırığa səbəb olub.

Bütün xəsarət alanların xəstəxanaya aparıldığı bildirilir./publika.az

Xəbər lenti