Xəzər Xəbər

İran raketlərini işə salır: Rusiya və Çinlə birlikdə...

Dünya | 12:16 • 1 Dekabr 2019
İran raketlərini işə salır:

Hind okeanında İran, Rusiya və Çin arasında hərbi dəniz təlimləri gələn ay keçiriləcək.

Bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi danışıb.

O bildirib ki, hərbi təlimləri keçirməkdə məqsəd kollektiv təhlükəsizliyi təmin etmək, Hind okeanının şimalında təhlükəsizliyi gücləndirməyə köməklik göstərməkdir.

Komandan bundan başqa, İranın bütün sualtı gəmilərinin "Cask-2” raketləri ilə təchiz ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, artıq raket kütləvi istehsalına keçid edilib. Bundan başqa, raketlərin "Cask 3” adlı yeni versiyasının istehsalı üçün hazırlıqlar gedir./publika.az

Xəbər lenti