Xəzər Xəbər

Sevgisinə qarşılıq tapmayan şagird sinif yoldaşlarını silahla hədələdi

Dünya | 17:35 • 26 Noyabr 2019
Sevgisinə qarşılıq tapmayan şagird sinif yoldaşlarını silahla hədələdi

Noyabrın 25-də Moskvadakı məktəblərdən birinin hüquqşünası paytaxt polisinə müraciət edərək ,11-ci sinif şagirdlərindən birinin sosial şəbəkə hesabında məktəbə silah gətirəcəyini yazdığını bildirib.

REN TV xəbər verir ki, şagird sosial şəbəkə hesabında "tüfəng və güllələri götürməyə gedirəm, sabah məktəbə gəlməyin” sözlərini yazıb.

Məlumata görə, növbəti gün şagird dərsə gəlməyib. Hüquq-mühafizə orqanlarına izahatında şagird qarşılıqsız sevgiyə görə əhvalının pis olduğunu və ingilis dilində mahnıya qulaq asdığını qeyd edib. O, mahnının sözlərini tərcümə edib və bir hissəsini sosial şəbəkədə paylaşıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma başladıb./oxu.az

Xəbər lenti