Malidə Fransaya məxsus hərbi helikopterlərin toqquşması nəticəsində 13 hərbçi həlak olub.
"Cougar” və "Tigre” tipli hərbi helikopterlər Liptako regionunda toqquşublar. "Cougar” tipli helikopterdə 6 nəfərdən ibarət dağ döyüş qrupu və 1 nəfər missiya rəhbəri olub.
Hərbi əməliyyatın həyata keçirilməsi zamanı baş vermiş qəzada ölənlər paraşütçülər, dağ döyüş qruplarında xidmət edən hərbiçilər olublar. (AZƏRTAC)