Xəzər Xəbər

Trampın əsas rəqibi bəlli oldu Milyarder iddiasını açıqladı

Dünya | 14:48 • 26 Noyabr 2019
Trampın əsas rəqibi bəlli oldu

Nyu-Yorkun keçmiş meri, nüfuzlu "Bloomberg” informasiya agentliyinin təsisçisi və rəhbəri Maykl Blumberq ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Demokratlar Partiyasından namizədliyini irəli sürəcəyini bəyan edib.

O, "daha dörd il Trampın qeyri-etik davranışlarına dözmək fikrim yoxdur" deyərək seçki marafonuna qoşulduğunu bildirib.

2020-ci ilin noyabrında keçirilməsi planlaşdırılan seçkilərdə Tramp respublikaçıların yeganə namizədi olacağı düşünülür. Demokratlarda isə durum bəlli deyil. Sabiq başqan yardımçısı Co Bayden, senatorlar Elizabeth Varren və Bernıe Sanders prezidentliyə namizəd olmaq niyyətindədirlər.

Amma Blumberqin iddiasını ortaya qoyması digər demokratların namizədlik şanslarını azaldır.

Maykl Blumberq müstəqil namizəd kimi 2016-cı il prezident seçkilərinə qatılmağı planlaşdırmışdı. Lakin sonra müəyyən səbəblərdən fikrini dəyişdi.

Qeyd edək ki, Maykl Blumberq 2002-2013-cü illər ərzində Nyu-York şəhərinin meri olub. O, "Bloomberg” informasiya agentliyinin rəhbəri və filantropdur. "Forbes" jurnalının hesabatına əsasən, 2018-ci ilin yanvarında 50,8 milyard dollarlıq sərvətlə Maykl Blumberq dünyanın ən zəngin 11-ci adamıdır./Teleqraf.com

Xəbər lenti