Xəzər Xəbər

Trampa PİS XƏBƏR: senatorlar təcili HƏRƏKƏTƏ KEÇDİ

Dünya | 15:22 • 26 Noyabr 2019
Trampa PİS XƏBƏR:

ABŞ prezidenti Donald Trampın impiçmentində iştirak edən komitələr Ədliyyə Komitəsinə təqdim olunacaq hesabatın hazırlığını başa çatdırıb.

Bu barədə Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin sədri Adam Şiff danışıb.

O bildirib ki, sənəd gələn həftə komitəyə veriləcək. Konqres üzvlərinə məsələ ilə bağlı məktub yollayan senator "bu millətin təhlükəsizliyini və seçkilərimizin bütövlüyünü qoruyacağıqsa, impiçment gözləməyəcək qədər təcili məsələdir deməkdir” sözlərini əlavə edib.

Qeyd edək ki, hesabatın hazırlanmasında Kəşfiyyat, Xarici Əlaqələr və Analitika Komitələri iştirak edib.

Məlumat üçün bildirək ki, impiçment üzrə müraciət Ədliyyə Komitəsində qəbul edilsə, Nümayəndələr Palatasına göndəriləcək. Palata bunu qəbul etsə, Senatda səsvermə keçiriləcək və istintaq prosesi başlayacaq. Ali Məhkəmənin sədri tərəfindən nəzarət olunan bu prosesdə palatanın senatorları hakim vəzifəsində, senat isə jüridə oturacaq. Trampın isə 1 müdafiə vəkili olacaq.

Prosesin sonunda Senatda səsvermə keçiriləcək. Senatorların üçdə ikisi Trampı günahkar bilsə, prezident vəzifəsindən qovulacaq və yerinə vitse-prezident keçəcək./publika.az

Xəbər lenti