Xəzər Xəbər

Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb

Dünya | 13:02 • 26 Noyabr 2019
Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb

Albaniyada baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı altı nəfərə çatıb, azı 300 nəfər xəsarət alıb.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.


Qeyd edək ki, noyabrın 26-da səhər saatlarında Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Seysmoloqların məlumatına görə, zəlzələnin ardından beş baldan yuxarı bir neçə afterşok qeydə alınıb.


Yeraltı təkanlar zəlzələnin episentrinə yaxın olan Tirana, həmçinin Durres şəhərlərində daha çox hiss edilib. Nəticədə bir neçə bina dağılıb. Ölkədəki bütün məktəblər bağlanıb.


Yerli hakimiyyət orqanları dağıntıların altında insanların qala biləcəyini istisna etmir.

Xəbər lenti