Xəzər Xəbər

II İlya Tbilisidə diplomatik korpusun nümayəndələri ilə görüşüb

Dünya | 09:43 • 26 Noyabr 2019
II İlya Tbilisidə diplomatik korpusun nümayəndələri ilə görüşüb

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya bu ölkədə akkreditasiya olunan diplomatik korpusun nümayəndələri ilə görüşüb.


AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov görüşdə iştirak edib.


Gürcüstan Patriarxlığının mətbuat xidmətinin rəhbəri, yepiskop Andriy Jaqmaidze bildirib ki, görüşdə regionda, xüsusən də işğal altındakı ərazilərdəki vəziyyət, sərhədyanı bölgələrdə insanların qanunsuz qaçırılması və s. məsələlər müzakirə olunub. Patriarx beynəlxalq ictimaiyyəti belə məsələlərə biganə qalmamağa çağırıb.


O, əməkdaşlığa görə diplomatik korpusun nümayəndələrinə təşəkkür edib.

Xəbər lenti