Xəzər Xəbər

Ərəb milyonçu Hitlerin əşyalarını alaraq İsrailə hədiyyə etdi

Dünya | 18:03 • 25 Noyabr 2019
Ərəb milyonçu Hitlerin əşyalarını alaraq İsrailə hədiyyə etdi

İsveçrədə yaşayan livanlı biznesmen Abdalla Şatila Adolf Hitlerin şəxsi əşyalarını alaraq onları İsrailə hədiyyə edib.

"The Times of Israel” xəbər verir ki, milyonçu əşyaları "Keren ha-Yesod” təşkilatına təklif edib.

Şatilanın sözlərinə görə, o Almaniyada keçirilən qalmaqallı hərracda bu əşyaları alaraq onların neofaşistlərin əlinə düşməsinin qarşısını alıb.

"Ultrasağçı populizm və antisemitizm Avropada yayılmaqdadır. İstəməzdim ki, bu əşyalar çirkin niyyətli insanların əlinə düşsün”, - deyə livanlı milyonçu bildirib.

Ümumilikdə 10 lota biznesmen 545 min avro xərcləyib. Əşyaların içində Hitlerin papağı, portsiqarı, çap makinası, eləcə də "Mein Kampf” əsərinin gümüşü nəşri vardır./oxu.az

Xəbər lenti