Xəzər Xəbər

Xərçəngin 13 növü bir damla qanda – Yaрoniya alimlərinin iddiası

Dünya | 17:42 • 25 Noyabr 2019
Xərçəngin 13 növü bir damla qanda

Yaрoniyanın "Tosiba” korрorasiyası onkoloji xəstəliklərin yeni diaqnostika üsulunu kəşf edib. Yeni ixtira bir damla qanda bu və ya digər xəstəliyin mövcudluğunu 99 faiz dəqiqliyi ilə müəyyən etməyə imkan yaradır.

TASS xəbər verir ki, qan testi xərçəngin 13 növünü aşkar edir – mədə, döş, bağırsaq, sidik kisəsi və digərləri. Test xəstəliyin ilkin dövründə də effektlidir.

Şirkətdən bildirirlər ki, test üçün 1 damla qan və 2 saat vaxt lazımdır. Sağlamlıq müəssisəsi ixtiralarını bir neçə il sınaqdan keçirdikdən sonra hərtərəfli tətbiq etmək niyyətindədir./oxu.az

Xəbər lenti