Xəzər Xəbər

Həkimlər Londonu xəbərdar etdi: Assanc həbsxanada ölə bilər

Dünya | 16:46 • 25 Noyabr 2019
Həkimlər Londonu xəbərdar etdi:

Altmışdan çox həkim İngiltərənin daxili işlər naziri Priti Patelə açıq məktub yazaraq "Vikiliks” saytının qurucusu Culian Assancın dərhal tibbi yardım almayacağı təqdirdə həbsxanada ölə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Bu barədə İngiltərə mətbuatında məlumat yayılıb.

"Culian Assancın 2020-ci ilin fevralında məhkəmə önünə çıxarılmasının mümkünlüyü dair xəbərlər tibbi nöqteyi-nəzərdən bizim ciddi narahatlığımıza səbəb olur”, – deyə həkimlər bildiriblər.

İngiltərə, Avropanın digər ölkələri, Avstraliya və Şri-Lankadan olan mütəxəssislər qeyd edir ki, Assanc fiziki və psixoloji vəziyyətinin ixtisaslı mütəxəssislər tərəfindən təcili olaraq qiymətləndirilməsi üçün tibb mərkəzinə köçürülməlidir.

"Bu cür yardım olmadıqda Culian Assancın həbsxanada ölə biləcəyini güman etmək üçün bizim ciddi səbəbimiz var”, – deyə həkimlər yazıb./teleqraf

Xəbər lenti