Xəzər Xəbər

Britaniya yenidən qurulacaq - Conson açıqladı

Dünya | 16:12 • 25 Noyabr 2019
Britaniya yenidən qurulacaq - Conson açıqladı

Böyük Britaniyanın Baş Naziri Boris Conson Qərbi Midlandsdakı Şropşir əyalətində çıxışı zamanı Mühafizəkarlar Partiyasının seçki manifestini açıqlayıb.

Seçkiyə 18 gün qalmış açıqlanan 59 səhifəlik manifestdə partiyanın Brexiti yekunlaşdıracağı və yeni ölkə qurulacağı vəd olunur.

O, çıxışında səhiyyə sahəsində dəyişiklik olacağına və 50 min tibb işçisinin işə başlayacağını vəd edib.

Conson immiqrasiya sisteminə nəzarətin gücləndiriləcəyinə, gəlir vergisi, milli sığorta və Əlavə Dəyər Vergisi (ƏDV) dərəcələrinin artırılmayacağını da qeyd edib.

Qeyd edək ki, Leyboristlər, Liberal Demokratlar və Yaşıllar (The Green) partiyaları öz manifestolarını ötən həftə açıqlayıblar./Teleqraf.com

Xəbər lenti