Xəzər Xəbər

İran elə bilirdi ki, bundan heç kimin xəbəri olmayacaq - Tramp

Dünya | 13:40 • 22 Noyabr 2019
İran elə bilirdi ki, bundan heç kimin xəbəri olmayacaq - Tramp

İranda durum o qədər qeyri-stabildir ki, rejim xalqın ölkədə baş verən böyük qəddarlığı dünyaya çatdırmaması üçün interneti dayandırdı.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda yazıb.

"İran rejimi düşünürdü ki, onların törətdiyi faciələri və ölüm hadisələrini dünya bilməyəcək”, - deyə Ağ Ev rəhbəri qeyd edib.

Qeyd edək ki, İranda yanacağın qiymətinin qalxmasına etiraz olaraq ölkənin müxtəlif şəhərlərində on minlərlə insan küçələrə axışmışdı. Hökumət qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalarda 100-dən çox insanın öldüyü bildirilir.

Hökumət bu etirazlardan dolayı ölkədə internetin fəaliyyətini məhdudlaşdırıb./axar.az

Xəbər lenti