Xəzər Xəbər

Şok iddia: “Faktlar əlimizdədir” – Trampı bitirəcək gəlişmə

Dünya | 13:07 • 22 Noyabr 2019
Şok iddia: “Faktlar əlimizdədir”

"ABŞ Prezidenti Donald Tramp sələfi Riçard Niksondan daha çox vəzifəsindən sui-istifadə edib”.

Bunu ABŞ Konqresi Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin sədri Adam Şiff deyib.

Komitə sədrinin fikrincə, ukraynalı həmkarı Vladimir Zelenskiyə təzyiq edən Tramp Uotergeyt qalmaqalını da geridə qoya biləcək tarixi bir skanadala imza atıb:

"Trampın səlahiyyətindən sui-istifadəsi Niksonun impiçment prosesinin başlamasına səbəb olan Uotergeyt qalmaqalından daha böyük miqyasda aşkar olunub. Özünü qanundan üstün hesab edən əxlaqsız prezidentdən daha təhlükəli bir şey yoxdur”./teleqraf

Xəbər lenti