Xəzər Xəbər

Çində mədəndə köməksiz qalan 11 şaxtaçı xilas edilib

Dünya | 12:15 • 21 Noyabr 2019
Çində mədəndə köməksiz qalan 11 şaxtaçı xilas edilib

Çinin Şandon vilayətindəki kömür mədənində noyabrın 19-dan 20-nə keçən gecə baş vermiş yanğın nəticəsində yerin altında köməksiz vəziyyətdə qalmış 11 şaxtaçı xilas edilib.


AZƏRTAC xəbər verir ki, qəzadan dərhal sonra axtarış-xilasetmə əməliyyatına başlanılıb. Xilasedicilər su şırnağından və havalandırma cihazlarından istifadə etməklə qəza yerinə yaxınlaşaraq yanğını söndürə biliblər. Yüksək temperatur və karbon-monoksid qazının çoxluğu xilasetmə əməliyyatını çətinləşdirib. Noyabrın 21-də yerli vaxtla səhər saat 9:00 radələrində xilasedicilər şaxtaçıları tapıblar. Bundan təxminən 40 dəqiqə sonra ilk şaxtaçı, ardınca isə digərləri mədəndən çıxarılıb. Onların sağlamlıq vəziyyəti sabit olub və müayinə üçün xəstəxanalara yerləşdiriliblər.

Xəbər lenti