Xəzər Xəbər

Qlobal istiləşmə əleyhinə mübarizlər taktikalarını dəyişiblər

Dünya | 13:44 • 21 Noyabr 2019
Qlobal istiləşmə əleyhinə mübarizlər taktikalarını dəyişiblər

Avropada soyuqların düşməsi ilə əlaqədar ekologiya hərəkatı fəallarının aksiyaları küçələrdən binalara keçir. Özü də hər hansı adi bir binaya deyil, Avropa Parlamentinin binasına.


AZƏRTAC xəbər verir ki, iqlimin müdafiəsi idealları uğrunda mübarizə aparan gənclər bu gün məhz Avropa Parlamentinin binasına daxil olublar. Onlar nümayişkaranə surətdə döşəmədə uzanaraq, iş otaqlarına tələsən deputatları öz üzərlərindən hoppanaraq keçib getməyə vadar ediblər.


Xalq elçilərinin reaksiyası müxtəlif olub: kimisi aksiya iştirakçılarına məhəl qoymayıb, kimisi onlarla diskussiyaya girib, kimisi də onlarla şelfi çəkdirərək dərhal "Instagram” və ya "Facebook”da yerləşdirib.


Maraqlıdır ki, aksiya iştirakçılarının bəzilərinin cəmi 14 yaşı olub.


Ekologiya fəallarını döşəmədən qaldırmaq üçün onları iclas zalına dəvət etmək qərarına gəliblər. Gəncləri isti qəhvə, buterbrod və kruasanlara qonaq ediblər. Bu fənd baş tutub. Avropa deputatlarının yolu tezliklə təmizlənib.

Xəbər lenti

Çox oxunanlar