Xəzər Xəbər

ABŞ hərbi təyyarəsi Pakistanın hava məkanını pozmağa cəhd edib

Dünya | 09:26 • 21 Noyabr 2019
ABŞ hərbi təyyarəsi Pakistanın hava məkanını pozmağa cəhd edib

Noyabrın 20-də Amerika Birləşmiş Ştatlarına məxsus hərbi təyyarəsi Pakistanın hava məkanını pozmağa cəhd edib.


Pakistan mətbuatı xəbər verir ki, ölkənin hava məkanına daxil olmaq istəyən ABŞ-ın hərbi təyyarəsi geri qaytarılıb. Məlumatda bildirilir ki, müvafiq icazə və kod olmadan təyyarə Kəraçi istiqamətindən ölkə ərazisinə girmək istəyərkən xəbərdarlıq alıb və bundan sonra geri qayıtmağa məcbur olub.


ABŞ tərəfi hələlik hadisəni şərh etməyib.

Xəbər lenti