Xəzər Xəbər

Anjey Kaspşik Ermənistan müdafiə naziri ilə görüşüb

Dünya | 18:35 • 20 Noyabr 2019
Anjey Kaspşik Ermənistan müdafiə naziri ilə görüşüb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik İrəvanda Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb.


Xezerxeber.az-ın "armenpress"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, görüş zamanı D. Tonoyan və A. Kaspşik Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyəti müzakirə ediblər.


"Tərəflər münaqişənin həlli prosesindəki humanitar xarakterli tədbirləri, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin bu istiqamətdə səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıblar. David Tonoyan və Anjey Kaspşik təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində etimadın gücləndirilməsi mexanizmlərinin tətbiq olunmasının vacibliyini qeyd ediblər”, - deyə Ermənistan Müdafiə Nazirliyin yaydığı məlumatda qeyd olunub.

Xəbər lenti