Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabr ayında Londonda Fransa, Almaniya və Britaniya liderləri ilə görüşəcək.
Xezerxeber.az-ın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
Jurnalistlər qarşısında açıqlama verən İbrahim Kalın qeyd edib ki, sözügedən görüş dekabrın 3-4-ü tarixlərində Londonda baş tutacaq NATO sammiti çərçivəsində reallaşacaq. O vurğulayıb ki, Ərdoğan sammitdə "NATO-nun missiyası, 21-ci əsrdəki mövqeyi, növbəti fəaliyyətləri” mövzusunda çıxış edəcək.