Xəzər Xəbər

Livan bankları hesablardan nağd pul çıxarılmasını məhdudlaşdırıb

Dünya | 16:19 • 19 Noyabr 2019
Livan bankları hesablardan nağd pul çıxarılmasını məhdudlaşdırıb

Livan bankları siyasi proseslərlə bağlı yaranan fasilədən sonra işini bərpa edib və hesablardan xarici valyuta çıxarılmasına həftədə 1000 dollara qədər məhdudlaşdırıb.


Xezerxeber.az xəbər verir ki, Livan Bankları Assosiasiyasının məlumatına görə, bu tədbirlər müvəqqəti xarakter daşıyır. Vəsaitin xaricə köçürülməsinə də istisna hallarda icazə veriləcək. Xaricdən pul köçürülmələrinə məhdudiyyətlər isə tamamilə aradan qaldırılıb.


Banklar oktyabr ayının böyük hissəsini işləməyib, ötən həftə isə bank əməkdaşları fəaliyyətləri üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tələbi ilə tətil edib.


Qeyd edək ki, oktyabr ayının ortalarından Livanda kütləvi etirazlar başlayıb. Oktyabrın 29-da ölkənin Baş Naziri Saad Hariri etirazçıların təzyiqi altında istefa verib.

Xəbər lenti