Xəzər Xəbər

ABŞ daha bir naziri qara siyahısına daxil etdi

Dünya | 13:26 • 17 Noyabr 2019
ABŞ daha bir naziri qara siyahısına daxil etdi

ABŞ Kubanın Daxili İşlər naziri Xulio Qandarillaya qarşı sanksiya tətbiq edib.

Bu məlumatı ABŞ Dövlət Departamenti yayıb. Ona qarşı sanksiyaların Venesuelada insan haqlarını pozduğu üçün tətbiq edildiyi vurğulanıb. Qandarilla ilə bərabər onun yaxın qohumları da ABŞ-ın qara siyahısına daxil olub.

Dövlət Departamenti həmçinin Kuba Daxili İşlər Nazirliyini minlərlə kubalını səbəbsiz yerə həbs etməkdə ittiham edib./axar.az

Xəbər lenti