Xəzər Xəbər

Bankomatlardan nağd pul çıxarılmasına məhdudiyyət qoyulur

Dünya | 10:37 • 17 Noyabr 2019
Bankomatlardan nağd pul çıxarılmasına məhdudiyyət qoyulur

Macarıstanın hakim FIDES partiyası ölkə bankomatlarından nağd əsginasların rüsumsuz çıxarılmasının sayına və məbləğinə məhdudiyyət qoyub.

İndi ayrı-ayrı şəxslərin ayda iki dəfə 150 min forint (450 avro) məbləğində rüsumsuz nağd pul çıxarmalarına icazə verilir.

FIDES-in parlament fraksiyasının nümayəndələri mətbuat konfransında bildiriblər ki, bu addım hökumətin ev təsərrüfatlarının xərclərinin azaldılması siyasətinin bir hissəsidir. Bundan əlavə, hökumət kölgə iqtisadiyyatına mübarizə çərçivəsində ölkədə "qara” nağd pul dövriyyəsini məhdudlaşdırmaq niyyətindədir.

Yeni qaydalara görə, iki dəfə rüsumsuz nağd pul çıxarılandan sonra hər dəfə nağd pul çıxarılması macarlara müəyyən məbləğə başa gələcək.

Gözlənildiyinə görə, qanunvericilər tezliklə bu addımı bəyənəcəklər və qərar qüvvəyə minəcək./publika.az

Xəbər lenti