Xəzər Xəbər

“Sülh çeşməsi” əməliyyatının aparıldığı bölgədə 988 ədəd partlayıcı maddə və 442 mina zərərsizləşdirilib

Dünya | 17:51 • 16 Noyabr 2019
“Sülh çeşməsi” əməliyyatının aparıldığı bölgədə 988 ədəd partlayıcı maddə və 442 mina zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Sülh çeşməsi” əməliyyatının aparıldığı bölgədə kustar üsulla hazırlanmış 988 ədəd partlayıcı maddə və 442 mina aşkarlanaraq zərərsizləşdirilib.


AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.


Məlumatda bildirilib ki, bölgədə yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə minatəmizləmə əməliyyatları davam etdirilir.

Xəbər lenti