Xəzər Xəbər

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb - 1 ölü, 45 yaralı var - FOTO

Dünya | 11:28 • 16 Noyabr 2019
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb -

Türkiyədə Aksaray-Ankara magistralının 40-cı kilometrliyində İstanbul-Mersin marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu yoldan çıxaraq aşıb.


Xezerxeber.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 45 nəfər xəsarət alıb.


Xəsarət alanların doqquzunun vəziyyəti ağırdır.


İlkin məlumata görə, qəzaya səbəb havanın dumanlı olmasıdır.

Xəbər lenti