Xəzər Xəbər

Rusiya ilə Səudiyyə Ərəbistanı arasında ŞOK RAZILAŞMA: İranın...

Dünya | 11:15 • 15 Noyabr 2019
Rusiya ilə Səudiyyə Ərəbistanı arasında

Rusiya ilə Səudiyyə Ərəbistanı arasında yeni razılaşma əldə olunub.

"Saudi Aramco” neft avadanlıqları istehsalçısı "Novomet” şirkətinə 30,7%-lik payla ortaq olub.

Müqavilə Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu(PIF) və Rusiya Birbaşa İnvestisiya Fondundan (RDIF) ibarət konsorsium tərəfindən imzalanıb.

Rusiya Federal Monopoliya ilə Mübarizə Xidmətinin (FAS) rəhbəri İqor Artemyev paytaxt Moskvada verdiyi açıqlamada şirkətin bir hissəsinin satışının Rusiya Hökuməti Xarici İnvestisiya Nəzarəti Komissiyası tərəfindən təsdiq edildiyini bildirib.

Beləliklə "Novomet”in 10,2% hissəsinə RDİF sahib olacaq. Qalan 20,5% hissə isə "Saudi Aramco” və PIF-ə 5 milyard rubl (133 milyon manat) əvəzində veriləcək.

Qeyd edək ki, "Novomet”in satışı ötən ay Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz tərəfindən imzalanmışdı.

Xatırladaq ki, "Saudi Aramco" sentyabr ayında silahlı hücuma məruz qalmışdı. Hücumun məsuliyyətini İran dəstəkli Husi üsyançıları öz üzərlərinə götürmüşdü./publika.az

Xəbər lenti