Xəzər Xəbər

Azərbaycanlı qadın Kiprdə soyuldu Sevgilisi qızıl dolu çantanı götürüb yoxa çıxdı

Dünya | 16:17 • 13 Noyabr 2019
Azərbaycanlı qadın Kiprdə soyuldu

Şimali Kiprdə azərbaycanlı qadının evindən sevgilisi oğurluq edib.

Qazimağusa şəhərində yaşayan Azərbaycan əsilli Səbinə Qasımova oktyabrın 15-də polisə müraciət edərək, 2019-cu ilin iyun ayında evindən qızıl əşyalarının oğurlandığını bildirib.

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Azərbaycan əsilli Ərman Şah olduğu müəyyən olunub və o, noyabrın 11-dəpolis tərəfindən tutulub.

S.Qasımova və Ə.Şahəvvəldən tanış olub və onu öz evinə gətirib.

Səbinə ölkə xaricində olanda Ə.Şah özündə olan açarla sevgilisinin evinə daxil olub və oradan içərisində 13 ədəd qızıl əşya olan çantanı oğurladığını etiraf edib.

Lakin sonradan həbs edilmək qorxusu iləçantanı Səbinənin evinin qarşısına qoyub.

S.Qasımova isə çantanın içində qızılların olmadığını deyib. Qızılların yerini müəyyən edilənə qədər Ə.Şah ikigün müddütinə həbs edilib./oxu.az

Xəbər lenti