Xəzər Xəbər

Ruhani təyyarədə sürprizlə qarşılaşdı

Dünya | 15:00 • 13 Noyabr 2019
Ruhani təyyarədə sürprizlə qarşılaşdı

İran prezidenti Həsən Ruhaninin ad günü təyyarədə qeyd olunub.

Yəzd və Kirman vilayətlərinə səfərdən qayıdan Ruhani təyyarədə sürprizlə qarşılaşıb. Prezident təyyarəsinin heyəti tort hazırlayaraq onu təbrik ediblər.

Xatırladaq ki, İran İslam Respublikasının 7-ci prezidenti Həsən Ruhaninin dünən 71 yaşı tamam olub./kult.az

Xəbər lenti