Xəzər Xəbər

Akara qəti şəkildə dedim: Həm S-400, həm də F-35… - Esper

Dünya | 13:34 • 13 Noyabr 2019
Akara qəti şəkildə dedim: Həm S-400, həm də F-35… - Esper

ABŞ-ın Müdafiə naziri Mark Esper ölkə başçısı Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ikinci dəfə məktub göndərməsindən xəbərdar olmadığını qeyd edib.

Axar.az xəbər verir ki, bu barədə Esper mətbuat konfransında danışıb.

Esper həmçinin məktubda yer alan Türkiyənin S-400-ləri aktiv etməyəcəyi halda F-35 proqramına qayıda biləcəyinə dair iddialara da münasibət bildirib:

"Belə bir şey eşitmədim. Amma bu, belə bir şeyin olmadığı anlamına gəlməz. Akarla son görüşümüzdə həm S-400-ə sahib olub, həm də F-35 proqramına davam edə bilməyəcəklərini qəti bir şəkildə söylədik. Məncə, bu F-35-lər üçün həddən artıq təhdid təşkil edir və bütün NATO müttəfiqlərimiz də bu məsələdə bizimlə eyni düşünür”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ikinci məktubda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ticarət müqaviləsi və Ankaranın rus istehsalı zenit raket kompleksləri almasından sonra vəd edilən sanksiyalar ətrafında vəziyyətin "həll yolu”nu təklif edib.

Xəbər lenti