Xəzər Xəbər

Tramp 40 illik fərmanın müddətini uzatdı – İrana daha bir zərbə

Dünya | 12:44 • 13 Noyabr 2019
Tramp 40 illik fərmanın müddətini uzatdı

ABŞ Prezidenti Donald Tramp 40 il əvvəl İrana qarşı sanksiyalara dair imzalanmış fərmanın müddətini uzadıb.

Bu barədə prezidentin ABŞ Konqresinə göndərdiyi məktubda bildirilib.

"İranla münasibətlərimiz hələ normal vəziyyətə gəlməyib”, - Tramp deyib.

Bu, 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin iranlı tələbələr tərəfindən tutulmasından sonra keçmiş prezident Cimmi Karterin imzaladığı 12170 saylı fərmandır.

Fərman ABŞ hakimiyyət orqanlarına sanksiyalar və digər tədbirlər görmək haqda, habelə İranla ticarəti tənzimləmək üçün geniş səlahiyyətlər verir./teleqraf

Xəbər lenti