Xəzər Xəbər

“Ərdoğanın ABŞ-a qarşı planı hazırdır” – “Stratfor”dan sensasion məqalə

Dünya | 14:46 • 12 Noyabr 2019
“Ərdoğanın ABŞ-a qarşı planı hazırdır”

"ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona gələn Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın alternativ planı var”.

Bu barədə "Stratfor” jurnalında dərc olunan analitik materialda bildirilib.

Məqalədə ABŞ-dan ehtimal olunan iqtisadi sanksiyaların Türkiyəyə təsir imkanlarının zəif olacağı qeyd edilib:

"Türkiyənin yerli müdafiə sənayesi keçən illərdə hiss olunacaq səviyyədə inkişaf edib. Türkiyə sinəsini fırtınanın qabağına verə biləcək. Çünki ordunun ehtiyacı olan müdafiə sistemləri yerli sənayenin hesabına ödəniləcək”.

Nəşrin hazırladığı hesabatda 1974-cü ildə NATO-nun silah embarqosundan sonra Türkiyənin silah sənayesi və müdafiə sistemləri məsələlərində Qərbdən asılılığının azaldığı vurğulanıb. Rəsmi rəqəmlərə görə, 1970-1979-cu illərdə Türkiyə Silahlı Qüvvələrinin balansındakı silahların 30 faizdən çoxu ABŞ istehsalı idisə, hazırkı dönəmdə bunun həcmi 3-5 faizdir.

Türkiyənin alternativ tərəfdaşlar axtardığı bildirilən məqalədə ehtimal olunan sanksiyaların ABŞ-ın bu ölkədəki "F-16” və "M-60” müəssisələrinə mənfi təsir edəcəyi iddia olunub:

"Türkiyənin bu problemləri həll etmək üçün alternativləri var. İlk növbədə nəzərə almaq lazımdır ki, Türkiyə son 50 ildə buna oxşar hərbi sanksiyalarla üzləşib və bunlardan dərs aldı. Kiprdə baş verənlərdən sonra 1975 -1978-ci illər arasında sanksiyalar tətbiq edildi. Keçən 42 illik müddətdə isə Türkiyə öz müdafiə sənayesini qurdu”.

Analitik materialda artıq Ankaranın ABŞ və digər Qərb ölkələrindən asılılığının azaldığı qeyd edilib:

"Ankara silah tədarükçüsü kimi önə çıxıb. Türkiyənin müdafiə sahəsindəki əlaqələri Cənubi Koreya, Ukrayna, Belarus, Pakistan, Çin və Rusiya kimi ölkələri əhatə edir. Yerli müdafiə sənayesi və alternativ tədarükçülər Türkiyə ordusunu bu fəlakətin içindən sağ çıxaracaq”./teleqraf

Xəbər lenti