Xəzər Xəbər

Tələbələrə smartfon qadağası

Dünya | 11:40 • 23 Oktyabr 2019
Tələbələrə smartfon qadağası

Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatındakı kollec və universitetlərdə smartfonlardan istifadəyə qadağa qoyulub. Bu barədə "Hindustan Times” qəzeti yazır.

"Bu məhdudiyyət tələbələr üçün daha uyğun tədris mühiti yaratmağa imkan verəcək" – qəzet Uttar-Pradeşin ali təhsil məsələləri üzrə idarəsinin bəyanatından sitat gətirib. Qadağa həm tələbələr, həm də ştatın bütün ali məktəb müəllimlərinə şamil olunur.

Xatırladaq ki, cari il iyunun 1-dən etibarən Uttar-Pradeş ştatının baş naziri Yoqi Adityanatx yerli hökumətin iclaslarında smartfonlardan istifadəni qadağan edib./teleqraf

Xəbər lenti