Xəzər Xəbər

Dəhşətli qəzada 30 nəfər ölüb

Dünya | 14:33 • 21 Oktyabr 2019
Dəhşətli qəzada 30 nəfər ölüb

Konqo Demokratik Respublikasında baş vermiş yol-nəqliyyat qəzası nəticəsində ən azı 30 sərnişinin öldüyü, 16 nəfərin isə yaralandığı bildirilir. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu xəbər verilir.


Xezerxeber.az Reuters agentliyinə istinadən xəbər verir ki, insident ölkənin qərbində yerləşən Mbanza-Nqunqu şəhərində baş verib. Avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində qəzaya uğrayan nəqliyyat vasitəsi yanıb. BMT-nin maliyyələşdirdiyi Okapi radiosunun məlumatına görə, ağıq nəqliyyat qəzası ilə əlaqədar ölkə Prezidenti Feliks Çisekedi Yaponiya İmperatorunun inauqurasiya mərasimində iştirak etmək üçün Tokioya səfərini təxirə salıb.


Qeyd olunur ki, Konqo Demokratik Respublikasında ağır yol-nəqliyyat qəzaları tez-tez baş verir. Ötən ay bu ölkədə avtobusun aşması nəticəsində 25 sərnişin həyatını itirmişdi.

Xəbər lenti