Xəzər Xəbər

Polşa Prezidenti: “Mənin pensiya yaşım deyil”

Dünya | 14:33 • 21 Oktyabr 2019
Polşa Prezidenti: “Mənin pensiya yaşım deyil”

Polşanın hazırkı prezidenti Andjey Duda 2020-ci ildə yenidən dövlət başçısı postuna seçilmək üçün namizədliyini irəli sürəcəyini istisna etməyib.

Bu barədə o, "Polska Times”a müsahibəsi zamanı bildirib.

"Mən nisbətən cavan bir adamam və hələ pensiyaya çıxmaq niyyətində deyiləm”, – deyə prezident bildirib.

Beləliklə, o, 2020-ci ildə respublikada keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyinə dair suala cavab vermiş olub.

Oktyabrın 13-də Polşada keçirilən parlament seçkisində Yaroslav Kaçinskinin başçılıq etdiyi hakim Hüquq və Ədalət Partiyasının 43,59 faiz səs qazandığı məlum olmuşdu.

Xəbər lenti