Xəzər Xəbər

Tramp dünya liderlərini öz hotelinə aparacaq və... - FOTOLAR

Dünya | 14:27 • 18 Oktyabr 2019
Tramp dünya liderlərini

10-12 iyun 2020-ci ildə ABŞ-da təşkil olunacaq G7 Liderlər Zirvəsi prezident Donald Trampın Mayamidəki hotelində keçiriləcək.

Ağ Ev rəsmisi Mik Mölvani mətbuat konfransında bu barədə danışıb.

O bildirib ki, növbəti sammitdə iqlim dəyişikliyi məsələsi gündəliyə daxil deyil.

Qeyd edək ki, Donald Tramp iqlim dəyişikliyi məsələsini uydurma hesab edir.

Dünyanın ən böyük 7 iqtisadiyyatını bir araya gətirən zirvəyə ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Kanada qatılır./publika.az






Xəbər lenti