Xəzər Xəbər

ABŞ-Türkiyə razılaşmasından sonra İSTEFA QƏRARI

Dünya | 13:41 • 18 Oktyabr 2019
ABŞ-Türkiyə razılaşmasından sonra İSTEFA QƏRARI

ABŞ-ın Energetika naziri Rik Perri vəzifəsindən istefa verəcək.

Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat yayıb.

Prezident bildirib ki, Perri ilin sonunda istefa verəcək. O, istefa xəbərinə təəccüblənmədiyini də deyib: "Bunu 6 ay əvvəldən bilirdim. Mənə ilin sonunda vəzifəsindən gedib başqa işdə çalışmaq istədiyini demişdi. O, möhtəşəm bir adamdır”.

Tramp qeyd edib ki, qısa müddətdə onu əvəz edəcək şəxsin adını açıqlayacaq.

Qeyd edək ki, Rik Perri 2017-ci ildən bəri nazir vəzifəsində çalışırdı.

İstefa qərarının ABŞ-Türkiyə razılaşması çərçivəsində Vaşinqtonun Suriyada mövqelərinin zəifləməsindən sonra təsdiqini tapması diqqət çəkir./publika.az

Xəbər lenti