Xəzər Xəbər

Ərdoğan: Ankaranı sanksiyalarla qorxutmaq mümkün deyil

Dünya | 18:29 • 16 Oktyabr 2019
Ərdoğan: Ankaranı sanksiyalarla qorxutmaq mümkün deyil

Suriyadakı antiterror əməliyyatına görə Türkiyəyə qarşı sanksiya tətbiq etmək niyyətində olan ölkələr bilməlidir ki, Ankaranı bununla qorxutmaq mümkün deyil.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə sanksiyalardan əziyyət çəkməyəcək.

"Bəzi ölkələr Ankaraya terrorçularla danışıqlar masasına oturmağı təklif edir. Türkiyə terrorçularla danışıqlar masasına oturmayacaq!”

R.T.Ərdoğan əlavə edib ki, Türkiyənin bu çağırışı edən ölkələrdən fərqli olaraq bu cür təcrübəsi yoxdur.

"Terrorçularla mübarizədə heç bir ölkə Türkiyəyə qarşı çıxa bilməz. Türkiyə Suriyada terrorçularla sonadək mübarizə aparacaq.

Xəbər lenti