Xəzər Xəbər

Türk pilot zərbə endirmədi, səbəbi isə gündəm yaratdı

Dünya | 15:13 • 16 Oktyabr 2019
Türk pilot zərbə endirmədi, səbəbi isə gündəm yaratdı

"Sülh çeşməsi” əməliyyatına cəlb olunan türk pilot döyüş şəraitində nümunəvi davranışı ilə ölkədə gündəm olub.

Axar.az xəbər verir ki, bu barədə "Yeni Akit” yazıb.

Məlumata görə, F-16 pilotu növbəti tapşırıq ardınca havaya qalxıb. Bu zaman hədəfə həssas atəş açmaq üçün istifadə olunan "Snayper pod” adlı proqram vasitəsilə hədəfinin dinc əhalinin arasına qarışdığını müşahidə edib.

Həssaslıq nümayiş etdirən pilot "Hədəf dinc insanların arasına girdi. Sursat atmadan geri dönürəm” deyərək, aviabazaya geri qayıdıb.

Xəbər lenti