İran Futbol Federasiyası (FFIRI) "Sülh çeşməsi” hərəkatını dəstəkləmək məqsədilə sosial media hesabından Türkiyə bayrağı və türk əsgərinin fotosunu paylaşan "Traktor” klubunun futbolçusu Mehdi Bebrini cəzalandırıb.
Bebri idmançıya yaraşmayan davranışda ittiham olunub və müvəqqəti olaraq yaşıl meydandan uzaqlaşdırılıb.
Bebrini təhqir edən "Sənəti Nefti Abadan” klubunun oyunçusu Sirvan Qurbaniyə də eyni cəza verilib.
Klub idarəçiləri və futbolçular qərara etiraz olaraq İntizam Komitəsinə müraciət ediblər./publika.az