Xəzər Xəbər

Altı nəfəri 9 il zirzəmidə saxlayan şəxs həbs edilib

Dünya | 09:28 • 16 Oktyabr 2019
Altı nəfəri 9 il zirzəmidə saxlayan şəxs həbs edilib

Niderland polisi bir qrup gənci uzun illər zirzəmidə saxlayan 58 yaşlı avstriyalını həbs edib.


Niderland Krallığının şərqində yerləşən Drente əyalətindəki fermalardan birində altı nəfərin (beş yeniyetmə və gənc, bir nəfər yaşlı) azı doqquz il zirzəmidə saxlandığı müəyyən edilib. Niderland İctimai Televiziyasının (NOS) yaydığı məlumata görə, qonşular həmin ərazidə insanların qapalı şəraitdə saxlandığından xəbərsiz olublar. Zirzəmidə saxlanılanların 15-25 yaş aralığında olduqları bildirilir.


Oktyabrın 15-də gənclərdən biri qəsəbə sakinlərinə müraciət edərək, bacı və qardaşlarının xilas olunması üçün kömək istəyib. Polisə müraciət edən sakinlər gənclərin uzun illər davam edən "zirzəmi həyatı”na son qoya biliblər.


Onların hansı səbəbdən zirzəmidə saxlandıqları araşdırılır. (AZƏRTAC)

Xəbər lenti