Xəzər Xəbər

İran Xəzər dənizini yox etmək istəyir? Parlament AYAĞA QALXDI

Dünya | 16:18 • 14 Oktyabr 2019
İran Xəzər dənizini yox etmək istəyir?

Xəzər dənizi suyunun Simnan əyalətinə daşınmasına dair qanun layihəsi İran parlamentində bir qrup millət vəkili tərəfindən protest edilib.

Xəzər dənizi ətrafındakı bəzi əyalətləri təmsil edən millət vəkilləri göl suyunun Tehranın şərqindəki əyalətə daşınmasına qarşı çıxıb.

Deputatlar "Xalq Xəzər dənizinin yox olmasına icazə verməyəcək” sözləri ilə layihənin ləğv olunması çağırışı edib. Onlar bildirib ki, bu qanun ekoloji problemə və enerji itkisinə gətirib çıxaracaq.

Qeyd edək ki, qanun layihəsi ildə 200 milyon kub metr suyun Simnana daşınmasını ehtiva edir./publika.az

Xəbər lenti