Xəzər Xəbər

Narkotik 26 yaşlı gənci 7 aya bu hala saldı

Dünya | 16:14 • 14 Oktyabr 2019
Narkotik 26 yaşlı gənci 7 aya bu hala saldı
ABŞ-ın Missuri ştatından olan Cennifer Salfen-Treysi övladının narkotik istifadəsindən sonra pis vəziyyətə düşməsi ilə bağlı paylaşım edib.

Amerikalı valideyn "Facebook" sosial şəbəkəsinə övladının 7 ay ərzində narkotik maddələrdən istifadə etdiyi üçün hansı vəziyyətə düşməsi ilə bağlı foto yerləşdirib.

Fotoda 26 yaşlı Kodi Bişop narkoman olmamışdan öncə sağlam və güclü görünsə də, 7 aydan sonra inanılmaz görkəmə düşüb.

Qeyd edək ki, amerikalı gəncin heroin və metamfetamin istifadəçisi olduğu deyilir.
BAKU.WS

Xəbər lenti