Xəzər Xəbər

Tunisdə növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilir

Dünya | 14:29 • 13 Oktyabr 2019
Tunisdə növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilir

Oktyabrın 13-də Tunisdə növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilir.


Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, ikinci turda mübarizə müstəqil namizəd Kais Səid ilə "Tunisin ürəyi” partiyasının lideri, media maqnatı Nabil Karui arasında gedir.


Seçkilərin nəticələri oktyabrın 21-dək açıqlanacaq.


Qeyd edək ki, birinci turda Kais Səid 18,4 faiz, Nabil Karui isə 15,6 faiz səs toplayıb.


Ölkədə səsvermə hüququna malik vətəndaşların sayı 7 milyondan çoxdur.

Xəbər lenti