Xəzər Xəbər

Bakı-Şamaxı-Yevlax yolunda mikroavtobus qəzaya uğrayıb, 4 nəfər xəsarət alıb

Dünya | 12:07 • 13 Oktyabr 2019
Bakı-Şamaxı-Yevlax yolunda mikroavtobus qəzaya uğrayıb, 4 nəfər xəsarət alıb

İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun İsmayıllının Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mersedes" markalı sərnişin mikroavtobusunun yoldan çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində aşıb və 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti