Xəzər Xəbər

Yaponiyada tayfuna görə Panama gəmisi batıb

Dünya | 13:51 • 13 Oktyabr 2019
Yaponiyada tayfuna görə Panama gəmisi batıb

Tokio körfəzində "Haqibis” qasırğasına görə lövbərdə dayanan Panama yük gəmisi batıb.


Bu barədə "Kiodo” agentliyi Yaponiya sahil mühafizəsinə istinadən məlumat yayıb.


Gəmidə yeddi Çin, üç Myanma və iki Vyetnam vətəndaşının olduğu qeyd edilib.


Məlumata görə, gəmi 12 oktyabr şənbə axşamı tayfun Yaponiyaya çatan zaman batıb.

Xəbər lenti

Çox oxunanlar